23 dek 09:28iqtisadiyyat

Azərbaycanda məhşur bankın lisenziyası ləğv edildi

Azərbaycanda məhşur bankın lisenziyası ləğv edildiAzərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilir.

Avrasiya.net bildirir ki, Palatadan verilən məlumata görə, bu qərar bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edilib.

"DəmirBank" ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib. "DəmirBank" ASC-barəsində iflas prosedurana başlanması ilə əlaqədar Palata məhkəməyə müraciət etmişdir.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az səhifəsi və press@fimsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ