13 dek 13:37iqtisadiyyat

Fazil Məmmədovun mülkləri - Başgicəlləndirici milyardlıq SİYAHI

Fazil Məmmədovun mülkləri - Başgicəlləndirici milyardlıq SİYAHI“Ata holdinq“, “Ata bank” və “Yeni Həyat” MMC bu “üçlük”dən yəqin ki, agah olmayan yoxdur. Bəli, Fazil Məmmədovun ən çox bilinən üç fərqli sektordakı “əməklər”idir.

Biz sizə siyahının geridə qalan tərəflərini də təqdim edəcəyik.

Siyahıdakı ardıcıllığı “Synergy grup” davam etdirsə də , “Şəmkir kapital group” isə bu silsilədə yenidir. Çünki “sahibkar” onu yaxın bir neçə il ərzində “mülklər silsiləsi”nə qatıb.

Təssüflər olsun ki, bu yeni əmlak düşərli olmadı.

Şəmkir rayonuna “xüsusi diqqət”i ilə seçilən Məmmədovun burdakı 100 hektardan çox mülkünün artıq əlindən çıxdığı iddia edilir.

Keçmiş nazirin “Comas” MMC-adı altında birləşdirdiyi kifayət qədər ayrı-ayrı sektorlara xidmət edən şirkətlər qrupu da yaxın keçmişdə “vahid” hala gətirilib. Əvvəllər 10-dan çox müstəqil obyekt kimi fəaliyyət göstərən bu məkanlar, “təsisçisinin qərarı” ilə bu gün bir ad altında birləşib.

Bir digər maraqlı mülk “politrin istehsal edən zavod“dur. Belə ki, yaxın illərdə paytaxt bakıda yəqin ki, binaların üzləndiyi ilə qarşılaşmışdınız. Bu üzlüklər həmin zavodun məhsulları idi. Ard-arda binalarda bu üzlüklər səbəbindən yanğınlar olması xəbəri insanları məyus edirdi. “Sahibkar”nın tutulduğu o zavod da Məmmədovun mülkləri siyahısında idi.

Qeyd edək ki, üzlüklərin keyfiyyətsiz olması səbəbindən kifayət qədər ailə məhv olmuşdu.

Ölkə daxilindəki daşınmaz əmlaklar, dənizkənarı yay istirahəti üçün “nəzərdə tutulmuş” imarətləri də kifayət qədərdir.

Ölkə xaricində də daşınmaz əmlak işinə “marağı” var imiş.

Fazil Məmmədovun dəyəri milyon dollarlarla ölçülən bir digər əmlakının “səsi” Ukrayna- Truskavetsdən gəlir. “Mir” adlı istirahət zonası həm müalicəvi, həm də istirahət xidmətləri var.

VİP otaqlarının ölçüsü 126 m2-dır.

Dəbdəbəli dizayn və görünüşü ilə seçilən otel, kifayət qədər rəğbət də görür. Bu da “samballı pul axını” deməkdir.

Xaricə getsəniz “xeyir vətənə qalsın prinsipi ilə istirahət edə bilərsiniz”

Bəs bu mülklərin ümumi məbləği nə qədərdir?!

“Synergy grup“, “Şəmkir kapital group” , “Comas” MMC , “politrin istehsal edən zavod” , Ukraynadakı – “Mir” adlı otel, daşınmaz əmlakları və s…

Bu obyektlərin hər birinin dəyəri milyon dollarlarla hesablanır.

Maraqlı bir sual ortaya çıxır: Bu obyektlərin aqibəti necə olacaq?

“Politrin istehsal edən zavod” fəaliyyətini dayandırsa da, Şəmkirdə 100 hektar ərazi Dövlət nəfinə qaytarılsa da, kifayət qədər mülk “sahibkarı”nın əlindədir. Hələ ki, stabil qalmağa da davam edir.

A24.Az
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46