12 dek 13:24iqtisadiyyat

Nazirlikdən pensiyalarla bağlı - Açıqlama

Nazirlikdən pensiyalarla bağlı - AçıqlamaAzərbaycanda yaşlı əhali qruplarına düşən pensiya xərcləri inkişaf etmiş ölkələrin göstəricisinə tam uyğundur.

Bu sözləri Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev bəzi kütləvi informasiya vasitələrində adambaşına pensiya xərcləri üzrə Azərbaycanın inkişaf etmiş ölkələrdən təxminən 20 dəfə geri qalmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu qəbildən olan yazılarda natamam təhlillər, pensiya təminatına dair mənbəyi bəlli olmayan məlumatlar cəmiyyəti çaşdırmağa, sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun aparılmış islahatların müsbət nəticələrini gözdən salmağa yönəlib:

“BMT-nin 2017-ci il üçün proqnozlarına əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət pensiya sisteminin dominant rola malik olduğu üzv ölkələrindən Polşa, İspaniya, Avstriya, Belçika, Fransa, Almaniya, İtaliya üzrə yaşı 60 və yuxarı olanların əhalinin ümumi sayında xüsusi çəkisi Azərbaycanın eyni göstəricisindən 2,4-2,9 dəfə çoxdur.

Sadalanan ölkələrdən bəzisinin əhalisinin sayının Azərbaycan əhalisinin sayından 4-8 dəfə (Polşa, İspaniya, İtaliya, Fransa və Almaniya) çox olması da nəzərə alınmalı vacib amildir.

Yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti Polşada 0,43 faiz, İspaniyada 0,46 faiz, Avstriyada 0,54 faiz, Belçikada 0,41 faiz, Fransada 0,53 faiz, Almaniyada 0,36 faiz, İtaliyada 0,56 faiz olmaqla Azərbaycan üzrə eyni göstəriciyə (0,5 faiz) yaxındır, hətta bəzi hallarda aşağıdır. Bu isə respublikamızda yaşlı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,5 faizi həcmində düşən pensiya xərcinin dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin göstəricisinə uyğun olduğunu əyani şəkildə təsdiqləyir”.

E.Babayev bildirib ki, Azərbaycan üzrə 0,5 faizlik bu göstərici postsovet ölkələrindən Belarus (0,45 faiz), Gürcüstan (0,22 faiz), Qazaxıstan (0,34 faiz), Rusiya (0,36 faiz), Ukrayna (0,46 faiz), eləcə də Baltikyanı ölkələrin (orta hesabla 0,28 faiz) göstəricilərini üstələyir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46