11 dek 13:58iqtisadiyyat

Arif Əsgərovun qohumu 5 milyonu hardan tapdı?

Arif Əsgərovun qohumu 5 milyonu hardan tapdı?Sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun külli miqdarda dələduzluqda təqsirləndirilən baldızı oğlu Emil Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə E.Hüseynovun zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyi elan edilib.

Bildirilib ki, həmin şəxslərə ümumilikdə 5 milyon manata yaxın pul qaytarılıb.

Xatırladaq ki, bu iş üzrə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxış etməlidir. Lakin təqsirləndirilən şəxsin vəkilləri dəymiş ziyanı ödəmək niyyətləri olduğu üçün məhkəmədən vaxt istəyib.

İş üzrə dəymiş ümumi ziyan 8 milyona yaxındır.

Növbəti məhkəmə iclasında E.Hüseynova dövlət ittihamçısının cəza istəyəcəyi gözlənilir.

Məhkəmənin növbəti iclası dekabrın 15-nə təyin edilib.

Qeyd edək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur. E.Hüseynovun qardaşı Rahib Hüdeynov da dələduzluqda təqsirli bilinir. Onun cinayət işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə baxılır.
loading...
XƏBƏR LENTİ