11 avq 13:27iqtisadiyyat

“Dostluq” kinoteatrı satılır - 90000 AZN-ə

 “Dostluq” kinoteatrı satılır - 90000 AZN-əƏmlak Məsələləri Dövlət Komitəsi “Dostluq” kinoteatrını satışa çıxarıb.

Komitədən Avrasiya.net-ə verilən məlumata görə, kinoteatrı hərraca Mədəniyyət və Turizm Nazirliyi, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi təqdim edib.

Ucar şəhəri, Heydər Əliyev prospekti, 51 ünvanında yerləşən ümumi faydalı sahəsi 696.3 kvodratmetr olan “Dostluq” kinoteatrı avqustun 29-da keçiriləcək hərracda özəlləşdiriləcək.

Kinoteatrın ilkin satış qiyməti 90000 manat təqdim edilib.

Kinoteatla yanaşı bir qədim hamam da hərraca çıxarılıb. Bakı Şəhər İcra hakimiyyəti tabeliyində olan qədim hamamı özəlləşdirilməyə təqdim edib.

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yerləşən 55 saylı qədim hamam 29 avqustda tarixində keçiriləcək hərracda satılacaq. Əmlakın ilkin start qiyməti 31500 manat təqdim edilib. Ümumi satış qiyməti isə 103500 manat göstərilib.
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51