10 may 18:34iqtisadiyyat

Qarabağda qanunsuz işləyən Britaniya şirkətinin Bakı nümayəndəsi nazirliyə çağırıldı

Qarabağda qanunsuz işləyən Britaniya şirkətinin Bakı nümayəndəsi nazirliyə çağırıldıİşğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyət yolverilməzdir.

İqtisadiyyat Nazirliyi tərəfindən mərkəzi ofisi Londonda yerləşən “Grand Thronton” beynəlxalq şirkətinin törəmə şirkəti olan “Grand Thronton Ermənistan”ın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti, biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin Ermənistanın Hayastan Fondu ilə əlaqələrinin müəyyən edilməsi barədə araşdırma aparılıb. Belə ki, apaşdırmalar zamanı “Grand Thronton Ermənistan” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Hayastan Fondunun həyata keçirdiyi layihələrinin əsas hissəsinin 2015-ci il üzrə auditini aparması barədə məlumatlar əldə edilib.

Bununla əlaqədar, "Grand Thronton İnternational Ltd" şirkətinin Azərbaycan üzrə nümayəndəsi İqtisadiyyat Nazirliyinə dəvət edilərək "Grand Thronton Ermənistan" və "Grand Thronton Fransa" şirkətlərinin Ermənistanın Hayastan Fondu ilə əlaqələri, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətin qadağan olunması, bu cür fəaliyyətin beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə zidd olması, Hayastan Fondunun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti barədə məlumatlar təqdim edilib və məsələnin araşdırılaraq İqtisadiyyat Nazirliyinə məlumat verilməsi diqqətə çatdırılıb.
Şirkətin mərkəzi ofisindən "Grand Thronton Ermənistan"a ünvanlanmış məktubla Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətin yolverilməz olduğu və bununla bağlı Azərbaycan tərəfinin sərt reaksiyası Ermənistan şirkətinə çatdırılıb, bütün üzv şirkətlərin məcburi xarakter daşıyan tələblərə əməl etməli olduqlarına, əks halda şəbəkədən çıxarılacaqlarına dair xəbərdarlıq edilib.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ