06 yan 09:52iqtisadiyyat

Dollar bahalaşacaq

Dollar bahalaşacaq2017-ci il dünya iqtisadiyyatı üçün uğurlu il olmayacaq.

Bunu Aznyus-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatının əsasını neftin qiyməti təşkil edəcək: “Amerika Birləşmiş Ştatlarının yeni dövlət başçısı yanvarın 20-də fəaliyyətə başlayır. Bu o deməkdir ki, Amerika nefti dünya bazarına çıxacaq və neftin qiymətində müəyyən problemlər yaranacaq. Bu problem dünya iqtisadiyyatına təsir edəcək, o cümlədən Amerika valyutası olan dollar bahalaşacaq. Bu bahalaşma isə bütün dünyanın iqtisadiyyatına mənfi təsir edəcək”.

Vahid Əhmədov bu ilin Azərbaycan iqtisadiyyatı üçün də uğurlu olmayacağını deyib: “Azərbaycanda da kadr islahatları aparılması planlaşdırılıb. Bu islahatları aparmaq üçün yeni hökümət formalaşmalıdır. İlin birinci yarısı təlatümlü olsa da, ikinci yarısı üçün müsbət addımlar atılacaq”.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
28-04-2017, 15:26