XƏBƏR LENTİ

27-02-2017 20:32 MN: Əsgərin həlak olması barədə məlumat yalandır - VİDEO 27-02-2017 20:24 ATGTİ-nin həyata keçirdiyi “Qarabağ mətbəxi” layihəsi başa çatdı 27-02-2017 19:37 Diktator 5 nəfəri raketlə öldürdü - QORXUNC İDDİA 27-02-2017 19:34 Trampın devrilməsi üzrə 10 maddəlik PLAN 27-02-2017 19:13 Narkoloji Dispanserin Baş həkimi həbs edilib - Rüşvətə görə 27-02-2017 16:56 Şəhid əsgərlərimizin nəşi götürüldü - MN 27-02-2017 16:35 Paşazadələrin şərikinin məhkəməsi yekunlaşır: Şeyxin oğlu 173 min, deputatın kürəkəni 173 min... 27-02-2017 16:20 Habil Vəliyevin qardaşı oğluna hökm oxundu -10 il! 27-02-2017 16:11 Bakıda iki nəfər özünü öldürmək istədi 27-02-2017 15:26 Şimali Koreya liderinin qardaşını nazirliyin işçiləri öldürüb - Şok ittiham 27-02-2017 15:14 Sabiq müdafiə naziri xaricdə xəstəxanaya yerləşdirildi 27-02-2017 14:44 Martda 14 gün iş olmayacaq 27-02-2017 14:34 Zabil Müqabiloğlu dəfn edildi 27-02-2017 14:26 Asia Maione Cozzolino İnstaqram hesabında soyqırımı qınayıb 27-02-2017 14:00 İsa Qəmbərlə Arif Hacılı Baş prokurorluqdadır 27-02-2017 13:57 Türkiyə müdafiə nazirinin kortejinə silahlı hücum edildi 27-02-2017 13:33 Bakıda Mikayıl Müşfiqin abidəsini dağıdıblar? - FOTO 27-02-2017 13:03 Boğazında dərman qalan 3 yaşlı körpə öldü 27-02-2017 13:02 Ramil Usubovdan yeni - Təyinat 27-02-2017 12:40 Ordumuz erməni postunu belə məhv etdi - VİDEO 27-02-2017 12:37 ABŞ PKK-ya 38 milyon dollarlıq silah verib 27-02-2017 12:19 Azərbaycanda Sarkisyan haqqında yeni CİZGİ FİLMİ çəkildi – VİDEO 27-02-2017 11:59 Gülən qaçmaq istədi, Türkiyə qarşısını aldı 27-02-2017 11:45 Casus imamlar –Ərdoğanın Avropadakı cübbəli desantı – Təhlil 27-02-2017 11:41 Mehriban Əliyeva “Rossiya 1” telekanalına müsahibə verib 27-02-2017 10:57 Zabil Müqabiloğlu dünyasını dəyişdi 27-02-2017 10:51 Qoğal satan kişi dispetçerin qulağını kəsdi 27-02-2017 10:50 54 yaşlı kişi özünü zəncirlə asdı 27-02-2017 10:49 Cəbhədə gərginlik davam edir - Döyüş toqquşmasında qarşı tərəf itki verib 27-02-2017 10:48 330 polis cəzalandırılıb 27-02-2017 10:47 Şəhid hərbçilərimizin adları açıqlandı 26-02-2017 22:12 "Xocalıdakı qətliam bəşər tarixinin ən dəhşətli cinayətlərindəndir" 26-02-2017 20:38 Xocalı soyqırımını rəsmən tanıyan ölkə və ştatların - SİYAHISI 26-02-2017 20:27 Peşə yönümlü Təhsilə Yardım İctimai Birlik yaradılıb 26-02-2017 19:27 Ara Papyan: "Ermənistan aydın anlayır ki, müharibə Stepanakertin üstündəki bayrağın dəyişməsi ilə qurtaracaq" 26-02-2017 17:46 Baloğlan Əşrəfova ağır itki 26-02-2017 17:44 Azərbaycan erməni raketlərindən necə qorunacaq? 26-02-2017 17:30 Erməni ziyalılarının dəhşətli Xocalı soyqırımı etirafları - FAKTLAR 26-02-2017 17:25 Tanınmış jurnalist komaya düşdü 26-02-2017 17:22 İsraildə atışma: Soydaşımız yaralandı 26-02-2017 11:57 İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi 26-02-2017 11:55 İraqda İŞİD qurbanlarının ən iri kütləvi məzarlığı aşkarlandı 26-02-2017 10:12 DADP Xocalı soyqırımını andı - FOTOLAR 26-02-2017 10:05 Bakıda Azərbaycan prezidentinin iştirakı ilə "Xocalı yürüşü" keçirilir 26-02-2017 10:01 Xocalı soyqırımı Kürdüstanın Ərbil şəhərində keçirilən konfranslarda qaldırılıb 26-02-2017 09:48 Xocalıdakı son toy - Foto 26-02-2017 09:43 Ermənistan ordusunun itkiləri: 2000 əsgər - Gizlədilən məlumatlar ortaya çıxdı 26-02-2017 09:39 Azərbaycan 7 rayonu azad edə bilər - Şoden 26-02-2017 09:37 Xocalı faciəsinin 25-ci il dönümüdür 25-02-2017 21:15 70 erməni öldürülüb, 300-ü yaralanıb - Artuyunyan 25-02-2017 20:12 Xanım səfiri hava limanında zorla soyundurdular 25-02-2017 19:15 Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi məhv edilib - Düşmən itki verib + VİDEO 25-02-2017 19:13 Əflatun Amaşovdan cəbhədəki vəziyyətlə bağlı KİV-ə - Çağırış 25-02-2017 17:30 Şirvanda məktəbdə dəhşətli hadisə - 9-cu sinif şagirdi 3-cü sinif şagirdini zorladı 25-02-2017 15:05 Hərb Tarixi Muzeyində Xocalı faciəsinin anım tədbiri keçirilib 25-02-2017 14:57 İran Azərbaycanda ticarət mərkəzi açacaq



Kremlin anti - Azərbaycan planı – ABŞ-dan ilginc xəbərdarlıq

24-12-2016 09:48iqtisadiyyat
 Kremlin anti - Azərbaycan planı – ABŞ-dan ilginc xəbərdarlıq"Qaz müharibəsi"ndə mühüm gəlişmə; Rusiya enerji daşıyıcıları məsələsindən Azərbaycanı təcrid etmək üçün yararlana bilər; “Türk axını” Azərbaycana təhlükədirmi?; 2017-ci il əsas suala aydınlıq gətirməlidir...

Tezliklə daxil olacağımız 2017-ci il təkcə dünyanın siyasi xəritəsinə mühüm düzəlişlərlə yadda qalmayacaq. Söhbət həm də enerji qaynaqları və həmin qaynaqların dünya bazarına çıxarılmasında dominantlıq uğrunda aparıcı qaz oyunçuları arasında get-gedə şiddətlənən mübarizədən gedir. Sözsüz ki, Azərbaycan da bu və digər şəkildə həmin mübarizədə yer alır və təbii ki, ən çox Rusiyaya rəqibdir.

Gələn il isə istər “Şahdəniz -2" qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinin (TAP, TANAP), istərsə də yenidən gündəmə qayıtmış "Türk axını" layihəsinin həyata keçməsində həlledici il olacaq. Hər nə qədər deyilsə də ki, bu iki qaz kəməri bir-birinə rəqib deyil, əksər analitiklərə görə, məhz rəqibdir. Ən azından, bazarda Rusiya qazı ilə Azərbaycan qazı rəqibdir.

Qərbin, ABŞ-ın hədəfi isə məhz qitəni Rusiya qazından daha az asılı eləməkdir. Bu yerdə yada salaq ki, “Türk axını” Yunanıstanla sərhədə məhz TANAP kəməri ilə eyni nöqtədə çıxacaq. Oradan TANAP TAP kəmərinə birləşdiriləcək. “Qazprom” isə “Türk axını” ilə nəql olunacaq təbii qazı həmin məntəqədə yaradılacaq haqda müştərilərə təhvil verməyi planlaşdırır.

***

O da sirr deyil ki, Moskva enerji məsələsindən həmişə Avropaya, Qərbə qarşı siyasi təzyiq instrumenti kimi yararlanmağa çalışır. Ancaq təkcə Qərbə qarşımı? Belə görünür, yox.
“Rusiya enerji daşıyıcıları məsələsindən istifadə eləməklə Azərbaycan və Gürcüstanı təcrid etməyə çalışa bilər”. Bu barədə ABŞ-ın ölkəmizdəki və ATƏT-in Minsk Qrupundakı sabiq səfiri, ABŞ Atlantik Şurasının tədqiqatçısı Metyu Brayza “Ameriaknın səsi” radiosunun gürcü redaksiyasına müsahibəsində deyib.

Jurnalistin “İki böyük regional oyunçu - Türkiyə ilə Rusiya arasında əlaqələrin yeni fazaya keçməsi Gürcüstana və Cənubi Qafqaza necə təsir edə bilər” sualına cavabında Brayza Gürcüstana birbaşa təsirin gözlənilmədiyini bildirib. Bununla belə əlavə edib: “Məni daha çox enerji qaynaqları məsələsi narahat edir - nəyin sayəsində ki, Rusiya Azərbaycan və Gürcüstanı təcrid etməyə cəhd edə bilər. Məsələ ondadır ki, "Türk axını" qaz kəmərinin hədəfi Rusiya mavi yanacağının Avropa Birliyinə çatdırılması və Azərbaycanın enerji sferasına sərmayələrin azaldılmasıdır. Fikrimcə, Rusiya strategiyasının bu hissəsi Azərbaycan və Gürcüstana təsirləri gücləndirməyə yönəlib".

***

Qeyd edək ki, artıq “Türk axını” layihəsi ilə bağlı qanun Türkiyə parlamentinin təsdiqindən keçib və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Rusiya tərəfi də ilin sonunadək onu ratifikasiya etməlidir.

Azərbaycan isə qardaş ölkənin də maraqlarını nəzərə almaqla məsələyə kifayət qədər xoş məramla baxır, narahatlıq keçirmir, özünü təmkinli aparır. Bu yaxınlarda prezident İlham Əliyev məhz belə bir sülhpərvər yanaşma ortaya qoyaraq bəyan elədi ki, iki kəmərin bir-birinə mane olmayacağına ümidvardır və enerji nəqlinin saxələnməsinə müsbət baxır.
Az sonra Bakıda səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahu da öz ölkəsinin qazının TANAP vasitəsilə Avropaya nəqlində maraqlı olduğunu bəyan eləmişdi. Bu isə Cənub Qaz Dəhlizinin rentabelliyinin daha da artması və Avropanın isə Rusiya qazına ehtiyacının azalması anlamına gəlir.

Ötən saylarımızda vurğuladığımız kimi, İsrail baş nazirinin bu açıqlaması heç də Moskvaya xoş gələ bilməz. Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Netanyahudan cəmi iki gün sonra Bakıya təşrif buyurmasını da bir çox ekspertlər həm də bu kontekstdə qiymətləndirdilər.
Odur ki, M.Brayzanın Azərbaycanla bağlı yuxarıdakı xəbərdarlığı qəribçiliyə salmağa dəymir və indi o, strateji ilə daxil olmaq ərəfəsində ikiqat önəm kəsb edir.

***

Əlavə edək ki, Cənub Qaz Dəhlizinin özəyini təşkil edən TANAP boru kəmərinin işə düşməsi “Şahdəniz-2" layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci ilə hesablanıb. Bu layihə üzrə Azərbaycan təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşınacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Bu xətt 19 km-i Mərmərə dənizindən keçməklə 1850 km təşkil edəcək.

5 il ərzində reallaşması nəzərdə qaz dəhlizinin ümumi dəyəri 7 milyard ABŞ dollarıdır. 4 mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. Həmin ildən etibarən Azərbaycandan Türkiyəyə ilk qaz nəqlinə başlanacaq. Başlanğıcda ildə 16 milyard kubmetr həcmində ötürüləcək qaz sonradan 24 və 31 milyard kubmetrə çatdırılmalıdır. 2020-ci ilin əvvəlindən TANAP TAP-a birləşdiriləcək və təbii qaz Cənubi Qafqaz Boru Xətti ilə Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılmalıdır.

Layihədə Azərbaycan 58, BOTAŞ 30, bp isə 12 faiz paya malikdir.

musavat.com

Ən çox oxunan

Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
70 erməni öldürülüb, 300-ü yaralanıb - Artuyunyan
70 erməni öldürülüb, 300-ü yaralanıb - Artuyunyan
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Elza Seyidcahandan yeni şeir: “Soyunsun mənim kimi...”
Elza Seyidcahandan yeni şeir: “Soyunsun mənim kimi...”