16 noy 10:53iqtisadiyyat

"Alfa Sığorta" müflis elan olundu

"Alfa Sığorta" müflis elan olunduAzərbaycanın sığorta şirkəti müflis elan olunub.

Trend-in rəsmi mətbuata istinadən verdiyi məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə "Alfa Sığorta" Acıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, iflas proseduruna başlanması qərara alınıb.

Həmin məhkəmənin 12 oktyabr 2016-cı il tarixli qərarına əsasən sığortaçının ləğv etmək komissiyasının tərkibi də müəyyən edilib.

ASC-yə qarşı tələbi olan fiziki və hüquqi şəxslər bu elanın birinci dərcindən 60 təqvim günü ərzində tələblərini şirkətin ləğvedicisinə yazılı şəklində təqdim etməlidirlər.

Qeyd edək ki, "Alfa Sığorta"nın icbari sığorta müqavilələri və öhdəlikləri qüvvədədir və yaxın müddətdə bu öhdəliklər İcbari Sığorta Bürosuna ötürüləcək. ASC-nin könüllü sığorta müqavilələrinə və təkrarsığorta müqavilələrinə isə "Müflisləşmə və iflas haqqında" qanunun tələblərinə uyğun olaraq xitam verilir.
loading...
XƏBƏR LENTİ
17-07-2018, 13:10