15 iyl 13:51idman

Ronaldo yeni maşınını belə təqdim etdi: “YIRTICI GƏLİR” - FOTO - VİDEO

Ronaldo yeni maşınını belə təqdim etdi: “YIRTICI GƏLİR” - FOTO - VİDEO“Real”ın və Portuqaliya millisinin hücumçusu avtomobil kolleksiyasına daha birini əlavə edib.

Publika.az xəbər verir ki, Avropa çempionu bu barədə “Instagram” səhifəsində yazıb: “Yırtıcı gəlir”. O, kolleksiyasını dünyanın ən sürətli və bahalı avtomobillərindən sayılan “Bugatti Veyron”la genişləndirib.

Portuqaliyalı futbol ulduzunun “maşın xəstəsi” olduğu heç kimə sirr deyil. Onun qarajında “McLaren MP4-12 Spyder”, “Ferrari 599 GTO” və “Rolls-Royce Phantom” kimi markalar var.

Maraqlıdır ki, Ronaldo 8 il əvvəl məhz bu maşının reklam çarxına çəkilib. O, “Nike” butslarını geyinərək qısa məsafədə “Bugatti Veyron”la ötüşmüş və qalib gəlmişdi.
loading...
Reklam
XƏBƏR LENTİ