05 iyl 12:41idman

“Lord”u növbəti döyüş gözləyir - FOTO

“Lord”u növbəti döyüş gözləyir - FOTOKikboksinq üzrə üçqat dünya çempionu və WAKO üzrə Avropa çempionu, idman ustası Ramal Aslanovu növbəti döyüş gözləyir.

Belə ki, Türkiyənin İstanbul şəhərində “FİGHT NİGHT 1” adlı döyüş gecəsi keçiriləcək. Həmin gecədə ölkəmizi “Lord” ləqəbli idmançımız təmsil edəcək.

Azərbaycan Kikboksinq Federasiyasının üzvü R.Aslanov AzNews.az-a yarışla bağlı açıqlama verib. O, ciddi məşq proseslərinin olduğunu bildirib: “Yarışa ciddi hazırlaşmışıq. Görüş məşhur idman promouteri Poyraz Rəcəb Seyrək tərəfindən təşkil olunub. Rəqibim 72,5 kq dərəcəsində çıxış edən türkiyəli kikbokçu Ünal Alkayışdır. Yarış iyulun 15-də kikboksun k-1 versiyası üzrə keçiriləcək”.

Qeyd edək ki, idmançının şəxsi məşqçisi Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin Kikboksinq bölməsinin baş məşqçisi, əməkdar məşqçi Hakim Hacıyevdir.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47