23 iyn 02:34idman

Türkiyə qrupda qaldı - Yeniləndi

Türkiyə qrupda qaldı - YeniləndiBu gün Avro-2016-nın E qrupunda keçiriləcək oyunlar Türkiyə futbol millisinin taleyini həll edəcək.

Türkiyənin ən yaxşı üçüncü kimi növbəti mərhələyə yüksəlməsi üçün bu gün İsveç və İrlandiya komandaları qalib gəlməməlidir.

Qardaş ölkənin son 16 yığma komanda arasına düşməsi üçün başqa bir yol da var. Əgər F qrupunda Portuqaliya Macarıstana məğlub olsa, ay-ulduzlular növbəti mərhələyə adını yazdıracaq və Uelsin rəqibi olacaq.

Qeyd edək ki, qrupdakı ilk iki oyununda məğlub olan Türkiyə yığması üçüncü matçında Çexiyanı Burak Yılmaz və Ozan Tufanın qolları ilə məğlub edərək şans qazanıb.

20:00

F qrupunda Portuqaliya-Macarıstan milliləri arasında görüş keçirilir. Qrupun digər görüşündə İslandiya Avstriya ilə qarşılaşır.

20:26

Macarıstan millisi matçın 19-cu dəqiqəsində Zoltan Qeranın qolu ilə hesabı açdı: 1-0.

20:43

Luiş Nani Portuqaliya yımğasının heyətində Macarıstanın qapısından bərabərlik topunu keçirdi: 1-1.

21:10

Macarıstan millisi matçın 47-ci dəqiqəsində Dudzakın qolu ilə hesabda təkrar önə keçsə də, Portuqaliyanın heyətində Ronaldo 50-ci dəqiqədə tarazlığı bərpa etdi: 2-2.

21:24

Dudzak matçın 55-ci dəqiqəsində təkrar komandasını hesabda irəli çıxarsa da, Ronaldo 62-ci dəqiqədə hesabı növbəti dəfə bərabərləşdirdi: 3-3.

21:52

Portuqaliya Macarıstan matçı 3-3 hesabı ilə yekunlaşdı, İslandiya isə Avstriyaya 2-1 qalib gəldi. Bu nəticələrdən sonra Macarıstan qrup lideri oldu, İslandiya 2-ci, Portuqaliya isə 3-cü yerin sahibi oldu.

22:59

E qrupunda İtaliya İrlandiya ilə, Belçika isə İsveçlə qarşılaşır. Öncədən də bildirdiyimiz kimi, bu oyunların nəticələri qardaş Türkiyə yığmasını yaxından maraqlandırır. Bu görüşlərdə İtaliya və Belçika milliləri rəqiblərinə uduzmadıqları təqdirdə, Türkiyə millisi 1/8 finala adını yazdıracaq.

00:30

İtaliya-İrlandiya və Belçika-İsveç görüşündə 72-ci dəqiqə oynanılır. Görüşlərdə hesab açılmayıb.

00:43

İrlandiyanın oyunçusu Bredi matçın 85-ci dəqiqəsində hesabı açdı, Belçika da Nayanqolanın qolu ilə İsveç qarşısında üstünlüyə nail oldu.

00:51

İtaliya İrlandiyaya, İsveç isə Belçikaya 1-0 hesabı ilə məğlub oldu. İtaliyanın məğlubiyyəti Türkiyənin 1/8 finala yüksəlmək şansını itirdi.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10