19 apr 15:03idman

S-1 peşəkar döyüş liqasının İdarə Heyətinin iclası keçirilib

S-1 peşəkar döyüş liqasının İdarə Heyətinin iclası keçirilib18 aprel 2019-cu il tarixində S-1 peşəkar döyüş liqasının İdarə Heyətinin iclası keçirildi.

İclası giriş sözü ilə açan S-1 peşəkar döyüş liqasının vitse-prezidenti, Şərq döyüş növləri üzrə əməkdar idman ustası, dünya və Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi Mərdan Vəliyev gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırdıqdan sonra qeyd etdi ki, Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Bir tərəfdən, mövcud idman qurğuları yenidən qurulur, yaxud yeniləri inşa edilir, idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq turnirlərdə daha böyük uğurlar əldə etməyə imkan verir. Digər tərəfdən isə, Azərbaycan tez-tez qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir. Qüvvədə olan "Bədən tərbiyəsi və idman haqqında" Qanun ölkədə bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmasına imkan yaradır. Eyni zamanda idmanın ayrı-ayrı növlərinin inkişafına dair dövlət proqramları qəbul edilmişdir. Təbii ki, əsas diqqət idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilir.Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir.

“Bakı 2015” I Avropa Oyunları, ənənəvi “Formula-1” Avropa Qran-prisi, Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula-2 yarışı, 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirildi. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə Azərbaycan dünyda idman ölkəsi tanınmağa başladı.

İclasın gündəliyində duran ikinci məsələ - S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarovun S-1 peşəkar döyüş liqasının prezidenti vəzifəsindən öz xahişi ilə istefa verməsi idi. S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov istefasını Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri vəzifəsində işinin çoxluğu ilə əsaslandırdı. İdarə Heyətinin yekdil qərarı ilə Hikmət Şikarovun istefa ərizəsi müsbət qarşılandı və Hikmət Şikarova gələcək siyasi və ictimai fəaliyyətində uğurlar arzulandı. İdarə Heyətinin qərarı ilə S-1 peşəkar döyüş liqası prezidentinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq S-1 peşəkar döyüş liqasının 1-ci vitse-prezidenti İsmayıl Əliyevə həvalə olundu.
loading...
XƏBƏR LENTİ
21-05-2019, 16:35
SORĞU