05 mar 08:30idman

Futbolçu oyun zamanı öldü - VİDEO

Futbolçu oyun zamanı öldü - VİDEOQabonun "Akanda" klubunun futbolçusu German Tsinq "Missile" ilə oyun zamanı huşunu itirərək ölüb.

Publika.az xəbər verir ki, faciəvi hadisə matçın birinci hissəsində baş verib. 30 yaşlı yarımmüdafiəçi qaçdığı vaxt huşunu itirib. Həkimlər onu ayılda bilməyiblər. Tsinq xəstəxanaya aparılarkən yolda keçinib. Təcrübəli futbolçunun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

Hadisə ilə əlaqədar Qabon idman naziri Alen Klod Bili Bi-Nze başsağlığı verib.
loading...
XƏBƏR LENTİ