04 fev 07:46idman

Mahir Mədətov "Neftçi"nin qaradərili oyunçusunun əlini sıxmadı

Mahir Mədətov "Neftçi"nin qaradərili oyunçusunun əlini sıxmadıAzərbaycan çempionatının 15-ci turunda "Qarabağ" və "Neftçi" (1:1) arasında keçirilən matçın ikinci hissəsində maraqlı epizod olub.

Belə ki, “Neftçi”nin seneqallı oyunçusu Mamadu Mbodj “Qarabağ”ın hücumçusu Mahir Mədətova qarşı kobudluq etdikdən sonra üzr istəmək üçün ona əl uzadıb. Amma M.Mədətov onun əlini sıxmayıb.

Matçdan sonra Mahir Mədətov Mamadu Mbodja İnstaqramda mesaj yazıb.

Virtualaz.org-un məlumatına görə, “Qarabağ”ın gənc oyunçusu Mbodjun ona əl uzatdığını görmədiyini və buna görə üzr istədiyini bildirib: “Mən həmin epizodda sənin əl uzatdığını görmədim. Buna görə üzr istəyirəm. Ümid edirəm ki, hər şey aramızda yaxşı olar. Mən irqçi deyiləm. Bilirsən ki, bu bir oyundur. Sənə uğurlar arzulayıram”.

Mahirin bu mesajına Mbodjdan cavab gecikməyib və o, bunları yazıb: “Salam dostum. Narahat olma, bu bir oyundur və bunların baş verməsi normaldır. Sənin irqçi olmadığını bilirəm. Sən yaxşı oyunçusan. Sənə komandanla birlikdə uğurlar arzulayıram”.
loading...
XƏBƏR LENTİ