04 dek 16:56idman

Zabit Səmədov karyerasını başa vuracaq

Zabit Səmədov karyerasını başa vuracaq“Mauqli” ləqəbli azərbaycanlı kikboksçu Zabit Səmədov şok açıqlama verib.

Publika.az xəbər verir ki, o, karyerasını başa vuracağını deyib.

Səmədov bu barədə Belarusun paytaxtı Minskdə Rusiya Federasiyasının Çeçenistan Respublikasının "Axmat" klubunun təşkil etdiyi turnirin mərkəzi görüşündən sonra Belarus mediasına verdiyi açıqlamada deyib.

“Azərbaycanda öz klubumu yaratmaq və brendimi inkişaf etdirmək fikrindəyəm. Artıq döyüşlərdə klubumun döyüşçüləri məni təmsil edəcəklər. Son 1 və ya 2 döyüşdən sonra rinqlə vidalaşacam” – “Mauqli” bildirib.

Qeyd edək ki, sözügedən döyüşdə Səmədov rusiyalı Yevgeni Orlov ilə üz-üzə gəlib və nokauta göndərib.
loading...
XƏBƏR LENTİ