03 dek 13:34idman

Mauqli rəqibini nokauta saldı, Kadırov təşəkkür etdi - Video

Mauqli rəqibini nokauta saldı, Kadırov təşəkkür etdi - VideoAzərbaycanlı kikboksçu Zabit Səmədov Belarusun paytaxtı Minskdə növbəti döyüşünə çıxıb.

Rusiya Federasiyasının Çeçenistan Respublikasının "Əhməd" klubunun təşkil etdiyi turnirin mərkəzi görüşündə “Mauqli” ləqəbli təmsilçimizlə rusiyalı Yevgeni Orlov üz-üzə gəlib.

Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokautla məğlub edib. Qələbəsinin mükafatı olaraq Səmədova səyahət talonu verilib.

***

Çeçenistan lideri Ramzan Kadırov Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədovu qələbə münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, Kadırov bu barədə sosial şəbəkədə məlumat paylaşıb.

"Zabit Səmədova və Çeçenistan Respublikası Kikboksinq Federasiyasının prezidenti Məhəmməd-Əmi Əhmədova yüksək səviyyəli təşkilatçılığa görə təşəkkürümü bildirir, qalibləri gözəl nəticələri münasibətilə təbrik edirəm. Uğurlarınızın davamlı olmasını arzulayıram" – o qeyd edib.
loading...
XƏBƏR LENTİ