02 dek 18:56idman

Karateçilərimiz İranda keçiriləcək yarışa hazırlaşırlar

Karateçilərimiz İranda keçiriləcək yarışa hazırlaşırlarAzərbaycan Şito-Ryu Karate-Do klubu gələn il fevral ayı İranda keçirilən beynəlxalq yarışda iştiraka hazırlaşır.

Federasiyadan Avrasiya.net-ə verilən məlumata görə, 4-cü dan qara kəmər ustası Soltanov Rasim Tərlan oğlunun məşqçiliyi ilə Bakı şəhırində yarışa hazırlıq üçün seminarlar və məşqlər keçirilir. Ötən gün Şito-Ryu Karate-Do klubunda keçirilən seminar İranda keçiriləcək beynəlxalq yarışa hazırlıq məqsədi daşıyır.

Seminarda klubun prezidenti 7-ci dan qara kəmər ustası Cəfər Qəffari yarışa hazırlıq prosesində gənc tələbələri yüksək nəticələr əldə etmək üçün idmanın digər sirlərini bölüşdü.
Karateçilərimiz İranda keçiriləcək yarışa hazırlaşırlar
Qeyd edək ki, Şito-Ryu Karate-Do klubu ölkədə karatenin inkişafında müstəsna rolu var. Bu döyüş növünün gənc nəsilə öyrədilməsində məşqçi 4-cü dan qara kəmər ustası Rasim Soltanov əzimlə çalışır. Karateçilərimizə gələn ilin fevralında İranda keçirilən yarışda uğurlar arzulayırıq.
loading...
XƏBƏR LENTİ