21 noy 07:12idman

Millimiz tarixi görüşdə darmadağın oldu

Millimiz tarixi görüşdə darmadağın olduDünən Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxıb.

Avrasiya.net xəbər verir ki, millimiz qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olub. Priştinadakı “Fadil Vokrri” stadionunda baş tutan görüş Bakı vaxtı ilə saat 23:45-də start götürüb.

Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməli idi.

Kosovo matçın 2-ci dəqiqəsində Zenelinin qolu ilə hesabı açdı: 1-0.

Zeneli matçın 50-ci dəqiqəsində 2-ci qolu qapımızdan keçirdi: 2-0.

Rahmani 61-ci dəqiqədə 3-cü topu qapımızdan keçirdi: 3-0.

Zeneli növbəti qolu görüşün 76-ci dəqiqəsində millimizin qapısından keçirdi: 4-0.

Millimiz qrup liderliyi üçün çıxdığı son görüşdə Kosovoya 4-0 məğlub oldu.

Beləliklə, millimiz yeni təsis edilən yarış vasitəsi ilə AVRO-2020-yə vəsiqə qazanmaq şansını itirdi.
loading...
XƏBƏR LENTİ