18 noy 19:58idman

Qobustanda Qocyu-Ryu Okinava Karate-Do Kobudo növləri üzrə yarış keçiriləcək

Qobustanda Qocyu-Ryu Okinava Karate-Do Kobudo növləri üzrə yarış keçiriləcəkNoyabrın 23, 24, 25 tarixlərində Qobstan rayonu Qobustan idman kompleksində Qocyu-Ryu Okinava Karate-Do Kobudo növləri üzrə yarış keçiriləcək.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do Kobudo növləri Federasiyasının, BJKKF-nın və Qobustan rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr, gənclər, qızlar və kişilər arasında “Ümumilli Lider Heydər Əliyevin xatirəsinə” həsr olunmuş III Açıq Respublika turnirinin əsasnaməsi təsdiq olunub.

BJKKF, AQOKKN-nın prezidenti İOQKF-nın Azərbaycan üzrə baş təlimçisi, əməkdar bədən tərbiyyəsi və idman xadimi, Beynəlxalq Kempo-Karate və Kubodo Fedarasiyasının I vitse-prezidenti Tanrıverdi Allahverdiyev yarışın açılış mərasimində iştirak edəcək.

Qocyu-ryu Okinava Karate-do və Kobudo növləri Federasiyasının Dağlıq Şirvan rayonları üzrə baş təlimatçısı İbad Rzazadə bildirib ki, bu dekabr ayının 21, 22, 23-də keçiriləçək Respublika çempionatına dəstək məqsədi ilə olan yarışdı. Bu yarışda birinci yer tutan idmançılar Respublika çempionatına vəsiqə qazanacaqlar.
loading...
XƏBƏR LENTİ