09 noy 01:49idman

“Qarabağ” səfərdə qələbə qazandı

“Qarabağ” səfərdə qələbə qazandıAzərbaycanın “Qarabağ” klubu Ukraynanın "Vorskla" klubu ilə qarşılaşıb.

UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Azərbaycanın “Qarabağ” klubu Ukraynanın "Vorskla" klubu ilə qarşılaşıb.

Oyunda yeganə qolu oyunun13-cü dəqiqədə Araz Abdullayev vurub (penalti).

Oyun 0:1 hesabı ilə "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb.

"Qarabağ"la eyni qrupda mübarizə aparan "Arsenal" və "Sportinq" klublarının İngiltərədə baş tutuan görüşü 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Beləliklə, “Qarabağ” 3 xalla “E” qrupunun sonuncu pilləsində qərarlaşıb, "Vorskla" isə 3 xalla üçüncüdür.
loading...
XƏBƏR LENTİ