06 noy 14:57idman

Azərbaycanlı idmançı 3 rəqibini nokaut etdi - Foto

Azərbaycanlı idmançı 3 rəqibini nokaut etdi - FotoAzərbaycanlı idmançı Ramil Əhmədov 30 oktyabr-4 noyabrda İtaliyanın Marina de Karrara şəhərində keçirilən “Birləşmiş Dünya Çempionatı” (“Unified World Championships”) yarışında qalib olub.

Hazırda Ukraynanı təmsil edən R.Əhmədov ilk döyüşdə italiyalı, ikinci döyüşdə çexiyalı, üçüncüdə isə İsveçrə idmançısı ilə mübarizə aparıb. 23 yaşlı idmançı hər 3 döyüşdə rəqiblərini nokaut edərək, birincilik əldə edib.

Qeyd edək ki, Ramil Əhmədov 81 kiloqram çəki dərəcəsində 2011-ci ildə Bakıda keçirilən boks üzrə “Heydər Əliyev” kubokunun qalibi, 2012-ci ildə gənclər arasında Ukrayna çempionu, 2015-2016-cı illər böyüklər arasında Ukrayna çempionatının finalçısıdır. O, 2016-cı il Rumıniyanın paytaxtı Buxarest şəhərində kikboksinq üzrə Avropa çempionu, İtaliyada keçirilən 2017-ci il və 2018-ci il kikboksinq üzrə dünya çempionatının qalibi olub. Pridneprovsk Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavr təhsilini bitirən idmançı hazırda həmin akademiyada magistratura təhsili alır.
loading...
XƏBƏR LENTİ