01 noy 07:29idman

"Qarabağ"ın rəqibinin oyununda partlayıcı maddə atıldı

"Qarabağ"ın rəqibinin oyununda partlayıcı maddə atıldıUEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Ukraynanın “Vorskla” klubunun milli çempionatda Odessanın “Çernomerets” komandası ilə görüşündə meydana partlayıcı maddə atılıb.

Axar.az xəbər verir ki, hadisədən sonra hakim oyunu dayandırıb. Tüstü tam dağıldıqdan və lazımi təhlükəsizlik tədbirləri görüldükdən sonra oyun davam etdirilib. Hadisə nəticəsində futbolçular və azarkeşlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, görüş “Vorskla” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
loading...
XƏBƏR LENTİ