15 avq 10:17idman

Qurbanov görüşdən danışdı: İrəliyə doğru gedək...

Qurbanov görüşdən danışdı: İrəliyə doğru gedək...Rəqibi qələbə münasibətilə təbrik etmək istərdim. Bu komanda hər iki oyunda intizamlı oyun sərgilədi. Baxmayaraq ki, biz də yaxşı təsir bağışladıq. Komandamdan razıyam.

Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belarusda BATE ilə 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. İlk görüşdə 0:1 hesabı ilə uduzması səbəbindən Avropanın ən nüfuzlu klub turnirində mübarizəni dayandıran Azərbaycan təmsilçisinin baş məşqçisi bildirib ki, artıq hər şey keçmişdə qalıb. O, Avropa Liqasının pley-off qarşılaşmalarına hazırlaşmağın gərəkliyini vurğulayıb. Qurbanov hakimlərin oyunun tempini aşağı salan mübahisəli qərarlarından bəhs etmək istəməyib: "Hakimlik barədə danışmağı sevmirəm. Gəlin, irəliyə doğru gedək".

Baş məşqçi "Qarabağ"ın qapısına vurulan hər iki qolun müdafiədən çıxış zamanı vurulduğuna dair sualı isə belə cavablandırıb: "Deyiləsi bir söz yoxdur. Adətən, qollar səhvlərdən sonra vurulur. Heyətimizin yeniləndiyini və futbolçular arasında anlaşmanın lazımi səviyyədə olmadığını nəzərə almalıyıq".

Qeyd edək ki, BATE Çempionlar Liqasının "pley-off" mərhələsində Hollandiya PSV-si ilə qarşılaşacaq. "Qarabağ" isə Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə görüşəcək. Moldovadakı ilk matçda "Şerif" 1:0 hesabı ilə qalib gəlib. İslandiyadakı cavab oyunu avqustun 16-da olacaq.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36