10 iyl 23:57idman

Fransa finalda

Fransa finaldaBu gün DÇ-2018-nin ilk yarımfinal matçında Belçika və Fransa yığma komandaları üz-üzə gəliblər.

"Sankt-Peterburq” stadionunda baş tutan oyuna Belçikalar daha da istəkli başlayıblar. Onlar oyunun ilk 22 dəqiqəsində bir neçə qol fürsətini qaçırıblar.

Belçika 22-ci dəqiqəyə qədər 4 günc zərbəsi də yerinə yetirib. Farnsa milliləri isə hələ ki arzulanan oyunu göstərə bilməyiblər.

Nəhayət, Fransa 25-ci dəqiqədə günc zərbəsi yerinə yetirib. Ancaq qapı önünə ötürmə dəf edilib.

31-ci dəqiqədə Qrizmanın uzaqdan vurduğu top qapı tirinin üstündən keçib.

34-cü dəqiqədə isə Jiro fransızların ilk qoluna imza ata bilərdi.Lakin o, çox əlverişli fürsətdən yararlana bilməyib. Top qapı tirinin yanından keçib.

Uruqvaylı hakim oyunun ilk hissəsinə 1 dəqiqə əlavə edib. Lakin hesab ilk hissədə açılmayıb.

51-cvi dəqiqədə Samuel İmutiti hesabı açıb.

90-cı dəqiqədir. Hakim oyuna 6 dəqiqə əlavə edib. Hesab dəyişməyib - 1:0.

Qeyd edək ki, Fransanın finaldakı rəqibi İngiltərə-Xorvatiya oyununun qalibi olacaq.
loading...
XƏBƏR LENTİ
18-07-2018, 10:57