22 iyn 08:12idman

Xorvatiya Argentinanı darmadağın etdi

Xorvatiya Argentinanı darmadağın etdiRusiyadakı futbol üzrə dünya çempionatında D qrupunun II turuna start verilib.

Qrupda bu turun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gəlib.

Nijni Novqoroddakı eyniadlı stadionda keçirilmiş görüş Xorvatiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 6-ya çatdıran Xorvatiya yığması vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib. 1 xalı olan Argentina ehtiyatda 1 oyunu olan İslandiya ilə birgə 2-3-cü yerləri bölüşür. Xalsız Nigeriya isə sonuncudur. İslandiya iyulun 22-də Nigeriyaya qalib gəlsə, Argentinanın mərhələ adlaması çətinləşəcək.

Qeyd edək ki, hələlik Rusiya, Uruqvay və Fransa da 1/8 finala yüksəlib. Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair və Peru isə qrupda qalıb.

DÇ-2018

21 iyun

II tur

D qrupu

22:00. Argentina - Xorvatiya - 0:3

Qollar: Ante Rebiç, 53. Luka Modriç, 80. İvan Rakitiç, 90+1

Hakimlər: Ravşan İrmatov, Abduhəmidullo Rəsulov, Jahongir Saidov (hamısı Özbəkistan), Norbert Hauata (Taiti), Bertrand Brial (Yeni Kaledoniya)

Nijni Novqorod, "Nijni Novqorod" stadionu
loading...
XƏBƏR LENTİ
14-07-2018, 11:46
14-07-2018, 11:32