19 iyn 15:43idman

"Qarabağ" o futbolçuya 400 min avro maaş təklif etdi

"Qarabağ" o futbolçuya 400 min avro maaş təklif etdi"Qarabağ”ın heyətinə qatmaq istədiyi Zimbabve millisinin üzvü Xama Billiata təklif etdiyi maaşın məbləği açıqlanıb.

Publika.az xəbər verir ki, Zimbabve mətbuatı maaşın məbləğinin 400 min avro olduğunu yazıb.

İddiaya görə, Ağdam klubu 27 yaşlı futbolçuya illik 400 min avro təklif edir.

Hücumçunun formasını geyindiyi CAR-ın "Mamelodi Sandaunz”la müqaviləsi bu ayın sonu başa çatır. Bundan sonra o, azad agent kimi istədiyi komandanı seçə biləcək.

Qeyd edək ki, Xama "Mamelodi Sandauz"un heyətində Afrika Çempionlar Liqasının qalibi olub.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10