22 may 10:07idman

Siyəzən idmançısının uğuru - Olimpiya Oyunlarına vəsiqə qazanıb

Siyəzən idmançısının uğuru - Olimpiya Oyunlarına vəsiqə qazanıbMakedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı (14-20 may 2018) başa çatıb.

Üçüncü yarış günündə 43 kq çəki dərəcəsində mübarizəyə qoşulan Siyəzən güləş məktəbinin yetirməsi Şəhanə Nəzərova ardıcıl olaraq Bolqarıstan və Fransa idmançılarını məğlub edərək yarımfinala yüksəlib.

Yarımfinalda Rusiya idmançısına heç bir şans verməyən Şahanə həm çempionatın finalına yüksəlib, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Gərgin keçən final qarşılaşmasında 2-2 bərabərlik qeydə alınsa da, texniki üstünlük rəqibə verilib və güləşçimiz ikinci yeri tutaraq gümüş medal qazanıb.
loading...
XƏBƏR LENTİ