11 may 11:12idman

Futbolçu 5 yaşlı oğlunu zorlayıb öldürdü

Futbolçu 5 yaşlı oğlunu zorlayıb öldürdüArgentinanın “Defensores de Belgrano” futbol klubunun oyunçusu Qonsalo Aqirre polis tərəfindən saxlanılıb.

“Ölkə.Az” xəbər verir ki, futbolçu 5 yaşlı oğulluğunun zorlanması və öldürülməsində ittiham edilir.

Klubun məsələ ilə bağlı məlumatında deyilir:

“Klub rəhbərliyi və idman ictimaiyyəti bu qətlə görə dərin təəssüf hissi keçirir. Ailəyə başsağlığı veririk. Ədalətə inanırıq”.

İstintaqın məlumatına görə 22 yaşlı idmançı Buenos-Ayresdə saxlanılıb. Uşağın ölümündən sonra Qonsalo polisi inandırmağa çalışıb ki, 5 yaşlı körpə vanna otağında yıxılıb və güclü zərbə alıb. Amma ekspertiza sübut edib ki, uşaq döyülüb və seksual zorakılığa məruz qalıb.
loading...
XƏBƏR LENTİ