08 may 17:15idman

Adanalı futbolçular Heydər Əliyevi yad etdilər

Adanalı futbolçular Heydər Əliyevi yad etdilərAdananın Yumurtalıq bölgəsində, Yumurtalıq İcra Hakimiyyəti və Yumurtalıq Bələdiyyəsi ilə birlikdə, Afrinə əmin-amanlıq və sülh aparmaq məqsədilə Zeytun Budağı Hərəkatına qoşulan Mehmetciklərə dəstək olmaq məqsədilə "Zeytun Budağı Futbol Turniri" keçirilib.

Turnirin yarımfinal qarşılaşmasında “ZeytinbeliSpor” komandası ilə qarşılaşan “Deveciuşağıspor” oyuna, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə '' Doğum Günün Kutlu Mekanın Cennet Olsun '' afişası ilə çıxaraq, Azərbaycandakı qardaşlarına salam göndəriblər.
“DeveciuşağıSpor” komandasının baş məşqçisi Mustafa Budulqan: "Tək millət, iki dövlətin insanları olaraq onu çox yaxşı bilirik; Bizlərin ürəyi Azərbaycanda, Azərbaycanlı qardaşlarımızın qəlbi isə bizlərlə birlikdə atır” .

Deveciuşağı məhəllə muxtarı Vəli Bozdoğan isə; "Heydər Əliyev Azərbaycanda necə sevilib sayılmaqdadırsa, bizlər də eyni dərəcədə onu sevir və anırıq. Azərbaycan bayrağı Qarabağda dalğalanacaq",-bildirib.

Yumurtalıq bələdiyyə sədri Türkeş Filik: “Deveciuşağı Sporu”nun qardaş Azərbaycan üçün etdiyi bu jestə görə qürur duyduğunu bildirib.
loading...
XƏBƏR LENTİ