08 may 10:41idman

““Qarabağ” Kikboksinq Klubunun idmançıları torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazırdı”

““Qarabağ” Kikboksinq Klubunun idmançıları torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazırdı”Düşmən yaxşı dərk edir ki, qarşısında güclü orduya malik Azərbaycan dövləti var.

Bu sözləri “Qarabağ” Kikboksinq Klubunun prezidenti Emin Seyidov Avrasiya.net-ə Şuşanın işğalı günü ilə bağlı təəssüratlarını bölüşüb.

““Qarabağ” Kikboksinq Klubu olaraq idmançılarımız arasında təbliğatımızı aparırıq. Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev bütün çıxışlarında Qarabağ məsələsini diqqətdə saxlayır.

Təəssüf ki, 90-ci illərin hərc-mərcliyi və siyasi sabitliyin pozulması,vahid ordunun olmaması,daxili satqınlığın meydan sulması Şuşa kimi alınmaz qalanın işğalına səbəb oldu. Ermənistan və onun havadarları bundan yararlanıb torpaqlarımızı işğal etdilər. Şuşa və digər rayonlarımızın işğalında beynəlxalq aləmin mövqesizliyinin böyük rolu olub. O zaman ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gəlsə idi, vəziyyət tamam başqa cür ola bilərdi. Heydər Əliyev elə bir zamanda siyasi hakimiyyətə gəldi ki, ölkəmiz dağılmaq üzrə idi. Bir tərəfdən dövlət, digər tərəfdən də ordu quruculuğunu aparmaq çətin idi. Çünki buna maneə yaradan daxil qüvvəllər var idi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu qüvvəllər zərərsizləşdirildi. Onun siyasəti nəticəsində güclü Azərbaycan dövləti yarandı. Artıq regionun güclü ordusuna malik dövlətə çevrilmişik. Cənab prezident İlham Əliyev dəfələrlə çıxışında bəyan edib ki, istənilən vaxt torpaqları azad edə bilərik. Necəki 2016-ci ilin aprel hadisələrində bunu sübut etdik. Yüzlərlə düşmən əsgəri, onlarla texnikası məhv edildi. Ermənistan siyasi rəhbərliyi dərk edir ki,gec-tez işğal etdikləri torpaqlardan çıxacaqlar”.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36