16 apr 21:35idman

Millimizin futbolçusu diskotekada yaxalandı - VİDEO

Millimizin futbolçusu diskotekada yaxalandı - VİDEOKiprin "Anortosis” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Araz Abdullayev diskotekada görüntülənib.

26 yaşlı yarımmüdafiəçi Kipr çempionatının XXXII turunda AEK ilə 1:1 hesablı heç-heçədən sonra əylənməyə yollanıb.

Onunla birlikdə komandanın daha 3 futbolçusu – Daniyel Pranyiç, Ruben Rayo və Qordon Şildenfeld olublar. Onların bu davranışı azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, 32 matçda 65 xal toplayan "Anortosis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. (Sportnet.az)
loading...
XƏBƏR LENTİ