16 apr 08:11idman

Ermənistana Yaşar Məmmədov və Fərhad Kazımov səs veriblər

Ermənistana Yaşar Məmmədov və Fərhad Kazımov səs veriblərBeynəlxalq qılıncoynatma federasiyası virtualaz.org-un sorğusuna cavab verib.

Bildirildiyinə görə, 2016-cı ildə Polşanın Torun şəhərində keçirilmiş konqresdə Azərbaycanı Yaşar Məmmədov və Fərhad Kazımov təmsil ediblər. Xatırladaq ki, məhz həmin konqresdə 2018-ci ildə 23 yaşına qədər idmançılar arasında qılıncoynatma üzrə Avropa çempionatının harada keçiriləcəyi məlum olub.

Hazırda Y.Məmmədov federasiyanın məsləhətçisi, F.Kazımov isə federasiyanın vitse-preidenti vəzifələrində çalışırlar.

2017-ci ildə Yaşar Məmmədov federasiyadan xaric edilmişdi və bu, qurumun əvvəlki preidenti Nazim İbrahimovla münaqişədə başlanğıc nöqtəsi olmuşdu. Lakin sonradan rusiyalı oliqarx Alişer Usmanovun dəstəyi ilə Y.Məmmədov federasiyanın rəhbərliyinə qayıtmışdı.

Azərbaycan nümayəmndə heyəti Torundakı konqresdə səsini Avropa çempionatının keçirilməsinə namizədliyini irəli sürmüş İsrailə deyil, Ermənistana verib.

Yeri gəlmişkən, Yaşar Məmmədov özü də “Facebook”dakı səhifəsində Torundakı konqresdən fotoşəkil paylaşıb.
loading...
XƏBƏR LENTİ