13 mar 20:21idman

Azərbaycanda QƏRİBƏ HADİSƏ: futbolçular içib piyan oldu və matça...

Azərbaycanda QƏRİBƏ HADİSƏ: futbolçular içib piyan oldu və matça...AFFA-nın keçirdiyi Region Liqasının “Oğuz”-“Şirvan” (Ağdaş) matçının təxirə salınmasının səbəbi açıqlanıb.

Publika.az xəbər verir ki, buna səbəb Ağdaş komandasının bəzi oyunçularının zəhərlənməsi olub.

Komandanın kapitanı Rəhman Əliyevin verdiyi məlumata görə, heyətdən bəzi oyunçular oyunu keçiriləcəyi gündən bir gün qabaq toy məclisinə qatılıb və spirtli içki qəbul ediblər. Spirtli içkinin həddindən artıq qəbul edilməsi isə futbolçularda halsızlıq yaradıb, onlar özlərini pis hiss ediblər:

“Buna görə onların bir gün sonra oyun üçün Oğuza getməsi mümkün olmayıb. Komandada soyuqlayan futbolçular da vardı. Biz də AFFA-ya yazılı şəkildə müraciət edib, oyunumuzun təxirə salınmasını xahiş etdik. Onlar da sağ olsun, xahişimizi dəyərləndilər”.

Qeyd edək ki, sözügedən matç martın 25-də keçiriləcək.
loading...
XƏBƏR LENTİ
Bu gün, 11:40