11 mar 17:52idman

Deputatlarımız finalda: Rəqib Ukraynadır

Deputatlarımız finalda: Rəqib UkraynadırMartın 11-də saat 11:00-da “Şəfa” stadionunda cümhuriyyətimizn 100 illiyinə həsr olunan futbol üzrə Beynəlxalq Parlament Kubokunun final matçı olacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa məlumat verib. O bildirib ki, Azərbaycan-Ukrayna finalı CBC Sport kanalında canlı yayımlanacaq:

“Sahəyə inşallah 11 nömrə ilə çıxacağam. Zədələrim tam sağalmasa da, Azərbaycan adına əlimizdən gələni etməyə çalışacağıq”.

Qeyd edək ki, bundan əvvəl parlamentlərarası futbol turnirində Azərbaycanla Latviya qarşılaşıb. Oyun 3-0 Azərbaycanın parlament üzvlərinin qələbəsi ilə başa çatıb.
loading...
XƏBƏR LENTİ