07 mar 17:29idman

“Almaniyada yaşayan bütün həmvətənlərimi dəstək olmağa dəvət edirəm”

“Almaniyada yaşayan bütün həmvətənlərimi dəstək olmağa dəvət edirəm”Almaniyada yaşayan azərbaycanlı peşəkar boksçu Ağali Alışov mart ayının 10-da Almaniyanın Braunlage şəhərində Maritim Berghoteldə Petkos Boxpromotionun təşkilatcılığı ilə İBO-versiyasından dünya cempionatında iştirak edəcək.

Bu barədə məlumatı idmançının özü verib.

“2 il aradan sonra yenidən rinqə dönərək, 6 raundluq reytinq döyüşü keçirəcəm. 1-ci günə qədər rəqibim bəlli idi. Milos Janjanin adlı bosniyalı boksçu ilə döyüşəcəkdim. Amma yarışa sayılı günlər qalmış rəqibim zədə aldı. O,üzdən döyüşdən imtina elədi.

Buna baxmayaraq, menecerim digər 3-4 boksçuyla danışıqlar aparır və bu boksçulardan 1-i bu şənbə mənimlə rinqdə qarşılaşacaq. Almaniyada yaşayan bütün həmvətənlərimi dəstək olmağa dəvət edirəm.

Döyüş “Sky Sport HD” kanalında canlı olaraq yayımlanacaq.

Elnur Eltürk
loading...
XƏBƏR LENTİ