04 mar 18:38idman

Dünya futbolu şokda: Kapitan öldü

Dünya futbolu şokda: Kapitan öldüİtaliyanın “Fiorentina” klubunun kapitanı Devid Astori ölüb.

Axar.az xəbər verir ki, 31 yaşlı futbolçu qaldığı oteldə ölü vəziyyətdə tapılıb.

Onun ürək çatışmazlığından keçindiyi bildirilir.

“Fiorentina” klubu futbolçunun ölümü ilə bağlı açıqlama yayıb.

“Klub olaraq dərindən sarsıldıq və kapitanın vəfat etdiyini üzüntü içərisində açıqlayırıq”, - açıqlamada bildirilib.

31 yaşlı futbolçu bir neçə həftə əvvəl ata olmuşdu.

İtaliya A Seriyasında bu həftə keçiriləcək “Udineze” – “Fiorentina” qarşılaşması təxirə salınıb.
loading...
XƏBƏR LENTİ