18 fev 21:24idman

Rəşad Sadiqov futbolçunun atasını söydü və meydandan qovuldu – Video

Rəşad Sadiqov futbolçunun atasını söydü və meydandan qovuldu – Video“Sumqayıt” və “Neftçi” komandaları arasındakı keçirilən Azərbaycan Premyer Liqasının XVI tur matçı qalmaqalla yadda qalıb.

Oxu.az xəbər verir ki, oyunun 59-cu dəqiqəsində baş verənlər “Kapital Bank Arena”dakı azarkeşləri özündən çıxarıb.

Top uğrunda mübarizə zamanı qonaq komandanın müdafiəçisi İlkin Qırtımovla meydan sahiblərinin hücumçusu Ehtiram Şahverdiyev toqquşub. Hasarın arxasında duran Ehtiram Şahverdiyevin atası Etibar Şahverdiyev isə epizoda sərt reaksiya verərək, Qırtımovun ünvanına söyüşlər yağdırmağa başlayıb. Baxmayaraq ki, baş hakim İnqilab Məmmədov bunadək Qırtımovu sarı vərəqə ilə cəzalandırmışdı.

Bu zaman əsəblərinə hakim ola bilməyən “Neftçi”nin digər futbolçusu Rəşad Sadiqov ata Şahverdiyevə nalayiq ifadə ilə cavab verib. Referi isə Sadiqovu qırmızı vərəqə ilə meydandan qovub.

“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov “Neftçi”nin ehtiyat oyunçular skamyası tərəfə gələrək, Ehtiram Şahverdiyevin atasına sərt şəkildə iradını çatdırıb. Polislər həmin şəxsi hasarın arxasından çətinliklə uzaqlaşdırıblar.

Qeyd edək ki, bu da oyunda yekun insident olmayıb. Oyundan əvvəl “Sumqayıt”ın prezidenti Kamran Quliyev “Neftçi”yə prezident təyin olunduğundan, prinsipial matçda Samir Abbasov da meydandan qovulub. O topa zərbə vurduğu üçün İnqilab Məmmədovun göstərişi ilə texniki zonadan uzaqlaşdırılıb.

Xatırladaq ki, görüşü “Sumqayıt” 2:0 hesabı ilə qalib başa vurub.
loading...
XƏBƏR LENTİ