14 fev 10:07idman

Futbolçu pulla burnunu sildi - Video

Futbolçu pulla burnunu sildi - VideoRusiyanın “Tosno” klubunun futbolçusu Stanislav Manayev azarkeşlərin qəzəbinə tuş gəlib.

Report xəbər verir ki, buna səbəb 19 yaşlı yarımmüdafiəçinin komanda ilə birgə uçuş zamanı 5 min manatlıq kağız pulla burnunu silməsi və bu davranışının videosunu “Instagram” səhifəsində paylaşmasıdır.

Eyni zamanda sosial şəbəkə istifadəçiləri Manayevi həmin görüntüyə “Bu pulu ehtiyacı olanlarla verə bilərdim, amma verməyəcəyəm, çünki qripəm” formasında şərh yazmasına görə də qınayıblar. Habelə onun üzr istəməsini tələb ediblər.

Futbolçu isə videonu silib və pulun saxta olduğunu bildirib.

Qeyd edək ki, Manayev “Tosno”nun əsas heyətində oyun keçirməyib. O, əvəzedici komanda ilə 18 qarşılaşmada iştirak edib və 1 qol vurub.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ