11 fev 12:31idman

Aqil Acalov Azərbaycan Alpaqut Federasiyasının prezidentliyindən istefa verib

Aqil Acalov Azərbaycan Alpaqut Federasiyasının prezidentliyindən istefa veribAqil Acalov Azərbaycan Alpaqut Federasiyasının prezidentliyindən istefa verib.

Avrasiya.net bildirir ki, A.Acalov sosil səhifəsində istefasının səbəbini açıqlayıb.

- Artıq bir neçə ildir ki, Turan döyüş sənətinin ölkəmizdə və dünyada tanınması, inkişafı uğrunda yorulmadan səy göstərirəm.
Vətənpərvərliyi təbliğ edən, gənclərimizə milli ruh aşılayan bu idman növünün inkişafına çalışmaqla dövlətçiliyimizə sadiq bir vətəndaş kimi idman sahəsinə öz töhfələrimi verməyə çalışmışam. Müharibə şəraitində olan bir ölkənin vətəndaşı kimi qədim döyüş sənətimizin təbliğinin necə prioritet olduğunu görərək bir federasiya prezidenti kimi əlimdən gələni əsirgəməmişəm.
Lakin artıq digər sahələrdə apardığım işlərin, ictimai fəaliyyətimin çoxluğu səbəbindən federasiya ilə bağlı məsələlərə vaxt ayırmaqda çətinlik çəkirəm. Vaxt imkanlarımın məhdudluğunu nəzərə alaraq, Alpaqut Federasiyasındakı vəzifəmi aktiv gənclərimizə həvalə etmək qərarına gəldim. Əminəm ki, vəzifəmi təhvil alan şəxs də milli döyüş sənətimizin inkişafı üçün layiqli şəkildə fəaliyyət göstərəcəkdir.
Bu illər ərzində öz köməklərini əsirgəməyən, daim mənə dəstək olan hörmətli dövlət xadimlərimizə, ictimai xadimlərə, idman sahəsini təmsil edən dostlarımıza, media mənsublarına, hər bir vətəndaşımıza minnətdarlığımı bildirirəm. Sizlərin sayəsində, sizlərlə çiyin-çiyinə çox uğurlu işlərə imza atdıq. Bu uğurların bundan sonra da davam edəcəyinə inanıram.

Hörmətlə: Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ