01 fev 11:44idman

Məmmədyarov ikinci oldu

Məmmədyarov ikinci olduAzərbaycanlı şahmatçı dünyanın ən güclüsü oldu. FİDE-nin reytinq siyahısı yenilənib. Yeni reytinqə görə, 32 yaşlı azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov siyahının ikinci pilləsində qərarlaşıb. Ötən ayla müqayisədə bir pillə də irəliləyən və 2814 reytinq xal yığan Məmmədyarov yalnız Maqnus Karlsendən (2843) geri qalır. İlk üçlüyü 2800 xalla rusiyalı Vladimir Kramnik tamamlayıb.

Məmmədyarov 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır.

2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.
loading...
XƏBƏR LENTİ