22 yan 15:40idman

Bakıda məşhur idman kompleksi bağlanır

Bakıda məşhur idman kompleksi bağlanırBakının Nizami rayonunda yerləşən “Start” idman kompleksi bağlanır.

Axar.az-a verilən məlumata görə, bu barədə idman müəllimlərinə xəbərdarlıq olunub.

Onlara deyilib ki, başqa idman komplekslərinin zallarında yer axtarsınlar. Hazırda “Start”ın futbol, basketbol, gimnastika, hovus, boks meydançası zalları, trenajor və s. fəaliyyətdədir.

Müəllimlərə kompleksin bağlanmasının səbəbi izah olunmayıb. Obyektin təmirə, yoxsa birdəfəlik bağlandığı bilinmir.
loading...
XƏBƏR LENTİ