19 yan 16:01idman

Siyəzən idmançılarından növbəti QIZIL MEDAL

Siyəzən idmançılarından növbəti QIZIL MEDAL14-19 yanvar 2018-ci il tarixlərdə Bakı şəhərində boks üzrə gənclər arasında Azərbaycan birinciliyi təşkil olunub.

Avrasiya.net xəbər verir ki, yarışda 31 komandanın tərkibində 140-dan çox idmançı qalib adı uğrunda mübarizə aparıb.

Birincilikdə 52 kq çəki dərəcəsində çıxış edən Siyəzən boks məktəbinin yetirməsi Babayev Əflatun yarışı I yerdə başa vuraraq qızıl medal qazanıb. Digər rayon idmançısı Babayev Afət isə 49 kq çəkidə III yeri tutub. (məşqçi Elman Abdullayev)
loading...
XƏBƏR LENTİ