10 yan 16:05idman

AFFA daha bir futbolçunu qovdu

AFFA daha bir futbolçunu qovduBu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda “Baku Fans” klubunun futbolçusu Aqşin Ömərov hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə 2 il müddətinə futboldan kənarlaşdırılması barədə qərar qəbul edilib. Bundan əlavə oyun sonadək oynanılmadığına görə “Baku Fans” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, 27 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Baku Fans” – “ADBTİA” matçının 20-ci dəqiqəsində “Baku Fans” klubunun futbolçusu Aqşin Ömərov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ