07 dek 08:13idman

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulubÇempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

E, F, G və H qrupunda baş tutan qarşılaşmalarda 1/8 finalın bütün iştirakçılarının adlarına aydınlıq gəlib.

F qrupunda “Napoli” ilə “Şaxtyor”un qiyabi mübarizəsini doğma meydanda “Mançester Siti”yə qalib gələn ukraynalılar qazanıblar. İtaliyalılar isə səfərdə “Feyenord”a uduzublar.

E qrupunda isə “Liverpul” “Spartak”ın daşını daş üstə qoymayıb – 7:0. İngilislərə qoşulan ikinci komanda isə “Maribor”la heç-heçə oynayan “Sevilya” olub.

G qrupunda qrupdan çıxmağı təmin etmiş “Beşiktaş” səfərdə “Leyptsiq”i xalsız qoyub. Bu halda “Monako”ya qalib gələn “Porto” 1/8 finala yüksəlib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ