06 dek 15:36idman

Daha bir nəfər futboldan ömürlük uzaqlaşdırıldı - AFFA-dan sərt qərar

Daha bir nəfər futboldan ömürlük uzaqlaşdırıldı - AFFA-dan sərt qərarBu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yığıncaqda danışılmış oyunlarla bağlı növbəti sərt qərar verilib.

Belə ki, "İnter”in (hazırkı "Keşlə”) və "Neftçi”nin sabiq əməkdaşı Ağakişi Mehdizadə barədə araşdırma yekunlaşıb. "Ağ-qaralar”ın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və məşqçi-metodist kimi çalışan Mehdizadənin assosiasiyaya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə ona futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.

Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırmanın davam etdirilməsinə də qərar verilib.

Sanksiyaya məruz qalan Mehdizadə bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apelyasiya Arbitraj Tribunalına qərarla bağlı apelyasiya şikayəti verə bilər.

Qeyd edək ki, bunadək "Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidov da ömürlük cəzalandırılıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ