22 okt 21:44idman

Qəbələdə azarkeşlər arasında insident

Qəbələdə azarkeşlər arasında insidentBu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

Virtualaz.org bildirir ki, turun son oyununda çempionluğa iddialı iki komanda - "Qəbələ" ilə "Qarabağ" üz-üzə gəlib. Görüşdə meydan sahibləri qələbə qazanıblar. Asif Məmmədovun 8-ci dəqiqədə vurduğu qol matçda yeganə olub.

Matçboyu hücumlarına ara verməyən "Qarabağ" çox cəhd etsə də, bərabərlik qolunu vura bilməyib.

Roman Qriqorçukun komandası “Zirə”nin də uduzmasından yararlanaraq 3 xal qazanıb və ikinci pilləyə yüksəlib.

Amma oyun təkcə bununla yadda qalmayıb. Matçda azarkeşlər arasında sözlü mübahisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, 8-ci dəəqiqədə “Qəbələ”nin hesabı açmasından sonra meydan sahiblərinin azarkeşləri rəqib fanatlara qarşı təhqiredici jestlər göstəriblər.

Buna əsəbiləşən “Qarabağ” fanatları söyüşü şüarlar səsləndiriblər.

Polisin müdaxiləsindən sonra bir qəbələli azarkeş stadiondan çıxarılıb.
loading...
XƏBƏR LENTİ