04 avq 17:03idman

"Qarabağ"ın RƏQİBİ BİLİNDİ - YENİLƏNDİ

"Qarabağ"ın RƏQİBİ BİLİNDİ - YENİLƏNDİBu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Publika.az-ın məlumatına görə, turnirdə mübarizəni davam etdirən Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olub.

Ağdam təmsilçisi qrup mərhələsi uğrunda mübarizədə Danimarkanın "Kopenhagen" klubu ilə qarşılacaq. Qurban Qurbanovun komandası ilk oyununu Bakıda keçirəcək.

Qeyd edək ki, bu mərhələnin oyunları avqustun 15-16-da, cavab görüşləri isə 22-23-də keçiriləcək.


Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar yolu

“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka)

APOEL (Kipr) - “Slaviya” (Çexiya)

“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)

“Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan)

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Maribor” (Slovaniya)

Liqa yolu

“Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya)

“Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya)

“Napoli” (İtaliya) - “Nitsa” (Fransa)

“Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə)

“Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya)
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51