02 avq 07:58idman

"Qarabağ" tarixi uğura belə imza atdı - VİDEO

"Qarabağ" tarixi uğura belə imza atdı - VİDEOAğdamın “Qarabağ” komandası futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində cavab matçına çıxıb.

Ağdam klubu səfərdə Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.

“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Riçard Almeyda, Miçel, Dino Ndlovu, Donald Qerye, Ansi Aqolli və Mahir Mədətov yer alıblar.

Moldova çempionunun ilk on birliyində isə meydana Zvonimir Mikoliç, Raku Petru, Viktor Oliviera, Jeremy De Nooiyer, Kristiano Da Silva, Vitalie Damaşkan, Kiril Bayala, Yosip Brezoviç, Ziduy Badibanqa, Mateo Susiç və Vaçeslav Posmak çıxıblar.

Tiraspol şəhərində “Şerif” stadionunda keçirilən oyunu İsraildən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Roy Reynşreyberdir. Ona həmyerliləri Amihay Yehoşua Mozes və Dan Uçeniç kömək edirlər. Oyunda dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirir.

Xatırladaq ki, bu komandalar arasında Bakıdakı ilk görüş 0:0 hesabı ilə başa çatıb.

Azərbaycan çempionu səfərdə sərfəli nəticə əldə edəcəyi təqdirdə qitənin ən nüfuzlu klub turnirində pley-off mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olacaq.

21:53

İlk hissəyə artırılan əlavə vaxtda (45+3) Dino Ndlovu “Qarabağ”ı irəli çıxarıb: 1-0

22:48

"Qarabağ"ın oyunçusu Ansi Aqollinin əla ötürməsi ilə Miçel matçın 87-ci dəqiqəsində 2-ci topu rəqib qapısından keçirdi: 2-0.

23:06

"Qarabağ" "Şerif"i Moldovada 2-1 məğlub etməklə, Azərbaycan futbol tarixində ilk dəfə olaraq Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi.
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51