18 may 21:00idman

55-cı qızıl medalı qazandıq

55-cı qızıl medalı qazandıqIV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 91 kiloqram çəki dərəcəsində mübarizənin finalında qalib gələn Teymur Məmmədov Azərbaycanın İslamiadada 55-ci qızıl medalının müəllifi olub.

Avrasiya.net xəbər verir ki, Olimpiya mükafatçımız Teymur Məmmədov həlledici mərhələdə türkiyəli Burak Akşinlə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 3:2 hesabı ilə qələbə qazanan Teymur Məmmədov IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Bu çəki dərəcəsində bürünc medallara suriyalı Eldin Alaa Qhoussoun və mərakeşli Abdelcalil Abuhamdalayiq görülüblər.
loading...
Reklam
XƏBƏR LENTİ
22-07-2017, 11:12